Bİomİmetİk Texnologİya

TƏBİƏTİ TƏQLİD EDİR

Təbiətdəki Sürət Qutuları Reaktiv Mühərriklər



Motorlu nəqliyyat vasitələri ilə maraqlanan hər kəs bu vasitələrin hərəkət etməsində çarx qutularının və reaktiv mühərriklərin nə qədər əhəmiyyətli bir yer tutduğunu bilir. Lakin çox az adam, təbiətdə, bizim istifadə etdiklərimizdən daha yaxşı dizayna sahib çarx qutularının və reaktiv mühərriklərinin olduğundan xəbərdardır.

Sürət qutusu, bir vasitənin sürəti dəyişdiyində mühərrikin ən məhsuldar şəkildə istifadə edilməsini təmin edir. Təbiətdəki çarx qutuları da avtomobillərdəkinə bənzər bir prinsiplə çalışır. Məsələn, ağcaqanadlar normal bir uçuş əsnasında, havada üç mərhələli sürət təmin edən təbii bir çarx qutusundan istifadə edirlər. Bir ağcaqanad bu sistem sayəsində qanadlarını istədiyi sürətdə çırparaq birdən sürətlənə və ya yavaşlaya bilir.

Avtomobillərdə mühərrikdən əldə edilən gücü təkərlərə ötürmək üçün çoxlu sayda mexanizmdən istifadə edilir. Düzgün bir sürmədir, ancaq mexanizm addım-addım istifadə edildiyi təqdirdə əldə edilə bilər. Avtomobillərdəki olduqca ağır və böyük yer tutan bu mexanizm yerinə, ağcaqanadlarda yalnız bir neçə millimetrə sığan bir mexanizm vardır. Daha rahat olan bu mexanizm sayəsində ağcaqanadlar qanadlarını rahatlıqla çırpa bilirlər.

Mürəkkəb balığı, ilbizlər və Nautilus, suda hərəkət edərkən reaksiyalı mühərriklərdəki kimi bir itələyici gücdən istifadə edirlər. Bu sistemin nə qədər təsirli olduğunun başa düşülməsi üçün, elm ədəbiyyatındakı adı Loligo Vulgaris olan kalamarın suyun içindəki sürətinin saatda 30 kilometri aşdığını deməyimiz kafi olacaqdır.

Bu mövzudakı ən mükəmməl nümunələrdən biri olan Nautilus, sprut bənzəri bir dəniz canlısıdır və reaktiv mühərriki ilə çalışan bir gəmi kimidir. Başının altındakı bir balon ilə suyu içəri çəkir və sonra da geri püskürür. Beləcə meydana gətirdiyi axın bir istiqamətə doğru hərəkət edərkən Nautilus da digər istiqamətə doğru hərəkət edir.

Bu canlıların elm adamlarını qibtə etdirən bir başqa xüsusiyyətləri də, sahib olduqları təbii reaktiv mühərriklərin, dənizin dərinliklərindəki son dərəcə güclü təzyiqlərdən təsirə məruz qalmamasıdır. Həmçinin hərəkəti təmin edən sistemləri həm səssiz, həm də olduqca yüngüldür. Necə ki, Nautilusun yaradılışındakı bu üstünlük, dənizaltılar üçün model meydana gətirmişdir.


Dəniz Altındakı 100 Milyon İllik Üstün Texnologiya



Sualtı qayıqlardakı dalğıc tankları su ilə dolunca gəmi sudan daha ağırlaşır və dibə dalır. Əgər tankdakı su təzyiqli hava ilə boşaldılsa sualtı qayıq təkrar su üzünə çıxar. Nautilus da hərəkət edərkən eyni metoddan istifadə edir. Nautilusun bədənində 19 sm səviyyəsində ilbiz qabığı formasında spiral bir orqan vardır. Bu orqanda bir-biriylə əlaqəli 28 "dalğıc hüceyrəsi" vardır. Ancaq bu, suyun boşaldılması üçün kafi deyil; möhkəmlətmək üçün təzyiqli havaya da ehtiyac vardır. Yaxşı, amma Nautilus suyu boşaltmaq üçün lazımlı təzyiqli havanı haradan tapır?

Nautilusun bədənində biokimyəvi yolla xüsusi bir qaz istehsal olunur və bu qaz, qan dövranı ilə hüceyrələrə köçürülərək hüceyrələrdən suyun çıxması təmin edilir. Bunun sayəsində Nautilus ovlanarkən ya da düşmənlərindən qaçmaq istədiyində daha dərinə enə bilər və ya səthə çıxa bilər.

Bir sualtı qayıq yalnız 400 m dibə enəbilərkən Nautilus üçün 450 m dərinliyə enmək son dərəcə asandır.

Bu, bir çox canlı üçün olduqca təhlükəli bir dərinlikdir. Ancaq buna baxmayaraq Nautilus bu vəziyyətdən heç təsirlənməz, qabığı təzyiqdən parçalanmaz və ya bədənində hər hansı bir zərərli təsir görünməz.

Burada əsas məqamlardan biri də odur ki, Nautilus yaradıldığı ilk gündən bəri bu sistemə malikdir. Yaxşı, 450 metr dərinlikdəki təzyiqə dözümlü bu xüsusi qabıq quruluşunu Nautilusun özü hazırlaya bilərmi? Ya da bədənindəki suyu boşaltmaq üçün təzyiqli hava əldə edə biləcəyi qazı özü tapa bilərmi? Şübhəsiz, Nautilusun nə öz-özünə qaz çıxaracaq bir kimyəvi reaksiyaya girə bilməsi, nə də bu reaksiyanı reallaşdıracaq quruluşu öz bədənində qurması, ya da suyun təzyiqinə görə üzərindəki tonlarla yükə tab gətirən bir qabıq düzəltməsi qətiyyən mümkün deyil.

Bu, hər şeyi örnəksiz yaradan Allahın əsəridir. Quranda Allahın Bədi (yoxdan yaradan) sifəti belə xəbər verilir:

“O, göyləri və yeri icad edəndir...” (Ənam surəsi, 101)


 << Geri