Bİomİmetİk Texnologİya

TƏBİƏTİ TƏQLİD EDİR

TƏBİƏTDƏKİ TEXNOLOGİYA



Texnologiya bir sənaye qolu ilə əlaqədar istehsal üsullarını və istifadə olunan alətləri əhatə edən bütün məlumatlar deməkdir. Texnologiya məhsulu istehsal etmək asan bir iş deyil. Adından da aydın olduğu kimi bir yerə gətirilməli ünsür sayı olduqca çoxdur. Bir mövzuda texnologiya ünsürləri istehsal etmək üçün ilk əvvəl tam bir məlumata sahib olmağınız lazımdır. Daha sonra bu məlumatı istifadə edəcək elm adamları və texniki işçilərin təmin edilməsi şərtdir. Bu işçilərin işə yaraması üçün lazımlı materiallar və bu materiallardan istifadə ediləcək emalatxana olmalıdır. Məhz bütün bu səbəblərə görə texniki məhsul istehsal etmək asan deyil. Onsuz da "texnika" olaraq xarakterizə edilən məhsulların keçmişi çox da uzaq deyil. Dövrümüzdə belə texnologiya məhsulları istehsal edən ölkələrin sayı olduqca azdır.

Bu gün elmi dairələr çoxlu investisiya, məlumat və araşdırma nəticəsində ortaya çıxan texnologiya məhsullarının bir çoxunun bənzərlərinin təbiətdə olduğuna şahid olmuşdur.

Wild Technology kitabının müəllifi məşhur elm adamı Fil Getes bu həqiqəti bu cümlələrlə dilə gətirir:

İcadlarımızın ən yaxşılarının əksəriyyəti ya eynilə digər canlılardan təqlid edilmişdir, ya da onlar tərəfindən istifadə edilir. Hələ planetimizi paylaşdığımız çoxlu sayda canlı orqanizmin yalnız kiçik bir qismini kəşf edə bildik. Bəzi yerlərdə kəşf edilməmiş milyonlarla orqanizm arasında, həyatımızı asanlaşdırıb inkişaf etdirən təbii icadlar var. Bunlardan yeni dərmanlar, tikinti materialları, zərərli böcəklərə nəzarət üsulları və çirklə mübarizə yolları öyrənilir.

Səmadan yer üzünə və dənizlərin dərinliklərinə qədər ətrafımız saysız-hesabsız yaradılış nümunəsi olan "təbii texnologiya möcüzələri" ilə təchiz edilmişdir. Ən sadə bir sənaye məhsulun belə bir hazırlayıcısı və istehsal yeri vardır. Bu vəziyyətdə nəhəng fabrikalarla, ya da kompleks maşınlarla müqayisə edilə bilməyəcək qədər mükəmməl sistemlərə sahib canlıların təsadüfən və öz-özünə, təbiət şərtləri nəticəsində ortaya çıxdığını iddia etmək, əlbəttə ki, çox ağılsızlıq olar.

Hər canlı üstün və mükəmməl bir dizayna malikdir. Bu mükəmməl dizaynlar ilk yaradıldıqları anda qüsursuz və əskiksiz olaraq ortaya çıxmışlar. Çünki Allah "qüsursuz Yaradan"dır.

Bu hissədə təbiətdəki yaradılış möcüzələrindən bəzilərini, mövcud bəzi texnologiya məhsullarla müqayisəsini araşdıracağıq. Bu nümunələri bizim üçün bir düşünmə vəsiləsi olaraq görməliyik. Çünki Allah Quranda belə buyurur:


Bunu Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. (Qaf surəsi, 8)



Bitkilərdəki işıq sensorları


Bəzi bitkilər işığın sıxlığına qarşı həssasdır. Gecə olunca yarpaqlarını yığıb bağlayırlar. Hətta bu işi hava qaralıb işıq azaldığında edən çiçəkli bitkilər belə vardır. Elm adamları bunun çiçəklərdəki tozcuqları gecələri yaranan şehdən və yağışdan qorunması məqsədiylə edildiyini düşünürlər. Biz də işığın intensivliyi qəbul edən sensorlardan istifadə edirik. Bu sensorlar gecə düşüb hava qaraldığında yanan, gün parlayanda sönən lampalarda istifadə edilir.



Eider ördəyi və izolyasiya sistemi


Bədənimiz gün əzrində qəbul etdiyimiz qidaları həzm edərək istilik çıxarır. Bu istiliyi itirməmək üçün istinin çox tez itirilməsinə mane olmaq lazımdır. Bunun üçün qatbaqat paltarlar geyinirik. Belə olduqda isti hava hər qat arasında tutulur və çölə çıxa bilmir. Bu şəkildə enerji itkisinə mane olmağa "izolyasiya" deyilir.

Eider ördəyi də bu üsuldan istifadə edir. Bu quşun tükləri digər bir çox quş kimi həm uçmasını təmin edir, həm də havanı isti saxlayır. Eider ördəyinin olduqca yumşaq və qabarıq sinə tükləri vardır. Ördək sinə tüklərindən istifadə edərək yuva düzəldir. Beləcə həm yumurtalarının soyumasına, həm də yumurtadan çıxan balalarının üşüməsinə mane olur. Eider ördəyinin tükləri isti hava laylarını tutduğu üçün ən yaxşı təbii istiliyi diaelektrik edir. 

Bu gün alpinistlər istiliyi izolyasiya tutumu yüksək olan tüklərdən düzəldilən xüsusi geyimlər geyərək bədənlərini isti saxlayırlar. Bu geyimlərdəki tüklərin izolyasiya xüsusiyyəti eider ördəyininkiylə tamamilə eynidir.





Canlılardakı fiber optik texnologiyası


Fiber optik texnologiyasında bir ayna kimi işığı əks etdirmə xüsusiyyətinə sahib şəffaf şüşə kabellərdən istifadə edilir. Fiber optik naqillər asan əyilib-bükülə bildikləri üçün içlərindəki işıq ən girintili çıxıntılı künclərə belə daşınaraq istifadə edilə bilər. Fiber optik naqillər özlərinə yüklənən elektron mesajları digər naqillərdən daha yaxşı çatdırma xüsusiyyətinə də malikdir.

Qütb ayısının kürkü təbii bir fiber optik naqil kimidir. Solğun qütb işığını birbaşa ayının bədəninə daşıyır. Tüklərin bu xüsusiyyəti o qədər yaxşıdır ki, heyvanın dərisi qütb iqliminə baxmayaraq günəşdə yanaraq tündləşir (tüklər fiber optik naqil xüsusiyyətində olduqları üçün günəş şüaları ayının dərisi yoxmuş kimi birbaşa cildiylə təmasda olur). Burada işıq istiliyə çevrilərək ayının bədəni tərəfindən sovrulur. Ayı tüklərin bu xüsusiyyəti sayəsində soyuq qütb iqlimində belə bədənini isti tuta bilir.

Ayılardan nümunə alına biləcək tək şey tüklərinin quruluşu deyil: Ayılar qış yuxusunu tam 6 aya çatan vaxta qədər davam etdirə bilirlər və bunu ifrazat sistemlərini dayandıraraq və özlərini zəhərləmədən edərlər. Bunun necə olduğunu araşdırmaq diyabetlə mübarizəyə yeni töhfə verə bilər.




"Əks axınlı istilik dəyişdiriciləri" istifadə edən qütb quşları


Soyuq iqlimlərdə yaşayan quşların ayaqları adətən ya soyuq suyun içində və ya buzun üstündədir. Buna baxmayaraq bu heyvanların ayaqlarının donmasından söhbət belə gedə bilməz. Çünki hamısının istilik itkisini minimuma endirən bir qan dövranı sistemləri var. Bu quşlarda isti və soyuq qan ayrı damarlarda axır. Ancaq bu damarlar bir-birlərinə çox yaxındır. Beləcə aşağı doğru axan ilıq qan yuxarı doğru çıxan soyuq qanı istilədir. Bu eyni zamanda ayaqlardan bədənə geri dönən qanın çox soyuq olmasına görə meydana gələcək şok təsirini də azaldır. "Əks axın" olaraq adlandırılan bu təbii istilik dəyişmə sistemi maşınlarda istifadə edilənlərlə eynidir.

Mühəndislər belə sistemləri "əks axın istilik dəyişdiricisi" olaraq adlandırırlar. Bu sistemlərdə bir-birindən ayrı, lakin bitişik kanallardakı iki axıcı (maye və ya qaz) bir-birlərinə əks istiqamətdə axırlar. Bir kanaldakı axıcı digər kanaldakından daha istidirsə, isti axan maye soyuq axana keçir.



Bitkilər elektrik açarı istifadə edə bilərmi?


Venera ətyeyən bir bitkidir. Bitki üzərinə qonan bir böcəyi tələsindəki tüklərə toxunanda tutur. Tüklər bir elektrik dövrəsi kimi davranır. Tükə toxunduğu anda elektrik siqnalları yayılır və bitki hüceyrələrindəki su tarazlığı dəyişir. Su alıb şişən hüceyrələr də tələni bağlayırlar.

Elektrik dövrələrində də axın idarəsi üçün istifadə edilən açarlar Veneranın tükləri kimi işləyir. Açar açıq ikən dövrədən axın keçmir. Açar bağlanılıb dövrə tamamlandığında elektrik təkrar tellərdə axmağa başlayır. Heyvanlar və bitkilər buna bənzər bir çox bioloji açarı orqanizmlərinin əlaqədar hissələrinə siqnal daşıyan elektrik cərəyanlarını başlatmaq və ya kəsmək üçün istifadə edirlər.

Əslində Veneranın elektrik dövrəsi bir-birinə ardıcıl bağlanmış iki açar kimi işləyir: qapanın bağlanması üçün iki tükün xəbərdarlığı lazımdır . Bu, yağışa görə qapanın lazımsız yerə bağlanmaması üçün görülmüş bir tədbirdir.

Əslində Venera bitkisinin nə elektrik cərəyanı, nə də bu axınların keçməsini təmin edən elektrik açarları haqqında heç bir biliyi yoxdur. Venera bitkisinin mövzuyla əlaqədar hər hansı bir təhsil alması da mümkün deyil. O halda bir bitki bir insanın belə xüsusi məşqlər etmədən öyrənə bilməyəcəyi bu məlumatları haradan bilir və səhvsiz olaraq necə istifadə edir?

Əlbəttə, bitkinin hər hansı bir öyrənmə qabiliyyəti yoxdur. Bu bitkini belə mükəmməl bir sistem ilə yaradan hər şeyin hakimi olan Uca Allahdır.




Sinir hüceyrələrindəki izolyasiya olmasaydı


Sinir lifləri beyindən əzələlərə və digər orqanlara mesajlar göndərir və bu mesajları beyinə geri çatdırır. Sinir liflərinin xarici "miyelin" adı verilən yağlı xüsusi bir maddə ilə örtülmüşdür. Əgər miyelin maddəsi olmasaydı ya elektrik siqnalları ətrafdakı toxumalara sızaraq mesajı pozacaq, və ya bədənə zərər verəcəkdi. Miyelin eynilə elektrik naqillərinin ətrafındakı plastik izolyasiya kimi vəzifə yerinə yetirir. 

Elektrik həm toxunanların zərər görməməsi, həm də elektrik oğurluğu edib enerji itkisinə səbəb olmamaları üçün izolyasiya olunur. Bu iş üçün sərt və dözümlü olduğundan plastik vəsaitlərdən istifadə edilir.




Preri itlərinin ventilyasiya texnikası


Bir çox heyvan düşmənlərindən qorunmaq üçün xüsusi qabiliyyət tələb edən yeraltı yuvalar qurur.

Bu yuvalardakı tunellər səthdən müəyyən bir səviyyədə və yerə paralel olmalıdır. Əks təqdirdə yuvaları asanlıqla su basa bilər. Tunellərə əgər iti döngələr edilərək forma verilsə bu dəfə çökmə riski ortaya çıxar. Tunel inşaatlarındakı bir başqa məsələ də hava ehtiyacının problemsiz təmin edilməsidir.

Preri itləri ictimai heyvanlardır. Böyük qruplar halında yer altında qazdıqları yuvalarda yaşayırlar. Sayları artdıqca yeni yuvalar açır, bu vaxt yuvalarını tunellərlə bir-birlərinə bağlayırlar. Bəzən yuvalarının əhatə etdiyi sahə bir şəhər qədər belə ola bilər. Belə bir yeraltı şəhərin də ventilyasiyası həyati bir əhəmiyyətə malikdir. Buna görə preri itləri tunellərin yer səthinə açıldığı yerlərdə vulkana bənzəyən ventilyasiya qüllələri inşa edirlər. Bu qüllələr yeraltı şəhərlərinə hava axını çəkilməsini təmin edir.

Hava yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hərəkət edir. Preri itlərinin düzəltdikləri qüllələrin bəziləri alçaq, bəziləri də yüksəkdir. Aradakı bu hündürlük fərqi tunel çıxışlarında təzyiq fərqi meydana gəlməsinə səbəb olur. Beləliklə hava üzərində alçaq təzyiq yaranan qüllədən girərək yüksək təzyiq yaranan qüllədən çıxar. Tunellərə çəkilən hava bütün yuvalardan keçir, beləliklə mükəmməl bir ventilyasiya sistemi qurulmuş olur. 

Preri itlərinin tunellərindəki kimi bir ventilyasiya edə bilmək üçün tunel açma texnikası, alçaq və yüksək təzyiqin nə olduğunu, bunların yüskəklik fərqi ilə əlaqədar dəyişmələrini bilmək lazımdır. Bütün bunlar isə şüur tələb edən, görülən işdə ağıl və mühakimənin varlığına işarə edən davranışlardır. Bu vəziyyətdə preri itlərindəki bu ağılın qaynağının araşdırılması lazımdır ki, bu ağılın preri itlərinə aid olmadığı və ya təkamülçülərin iddia etdiyi kimi kor təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyi çox açıqdır.

Çayır itlərini də dünyadakı bütün canlılar kimi Allah yaratmışdır. Allah insanların üzərində düşünmələri üçün saysız nümunə yaradır. Ağıl sahibi hər insan düşünməli və vicdanının səsini dinləyərək gördüyü hər gözəllikdə Allaha yönəlməlidir. Çünki Allah bağışlayandır, sonsuz ədalət sahibi olandır. Allah Quranda iman edən qullarını belə müjdələyir:

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməli saleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.. (İsra surəsi, 25)



Çöl arıları və kağız sənayesi


İnsanlar ağac kötüklərini bir sıra kimyəvi prosesdən keçirərək daha sonra kağıza çevriləcək bir növ xəmirə çevirirlər. Kağız istehsalının təbii ixtiraçıları isə çöl arılarıdır.

Çöl arıları yuvalarındakı pətəkləri düzəltmək üçün kağızdan istifadə edirlər. Arı bu kağızı öz ağız suyu ilə qarışdırdığı çeynənmiş taxta parçalarından düzəldir. Mebel istehsalında istifadə edilən suntular da çöl arısının istifadə etdiyi üsulun eynisi ilə çıxarılır. Sunta istehsalında arının tüpürcəyi yerinə yapışqandan istifadə edilir.

Çöl arıları üstün bir ağac emalı və kağız fabriki kimidir. Ancaq onlar olduqca böyük sənaye təşkilatların etdiyi bütün əməliyyatları kiçik bədənlərində edirlər. Bu, kağız sənayesinin çöl arılarından hələ öyrənəcəyi çox şeyin olduğunu göstərir.



Filin xortumu nümunə alınaraq ixtira edilən robot qol


Elm adamlarının robot qol hazırlayarkən ən çox çətinlik çəkdikləri mövzulardan biri qolun hərəkət xüsusiyyətidir. Bir robot qolun işə yarayabilməsi üçün, o işin tələb etdiyi bütün hərəkətləri edə bilməsi şərtdir. Allah təbiətdəki canlıları ehtiyaclarını ödəyən hərəkət qabiliyyətinə sahib olaraq yaratmışdır. Bu mövzudakı ən təəccüblü nümunələrdən biri də fillərin xortumudur.

Filin 50 min ədəd əzələ ilə əhatəli xortumu164 mükəmməl quruluşu sayəsində çox incəlik və həssaslıq tələb edən əməliyyatları etmək qabiliyyətinə də malikdir. Həmçinin, heyvan xortumunu istədiyi hər istiqamətə doğru hərəkət etdirə bilər.

ABŞ-dakı Rice Universitetində düzəldilən robot qol fil xortumunun nə qədər üstün bir dizayn olduğunu daha dəqiq ortaya çıxarmışdır.

Fil xortumunda skeletə bənzər bir quruluş yoxdur. Bu xüsusiyyət xortuma böyük bir hərəkətlilik imkanı və yüngüllük verir. Buna qarşı robot qolun bir onurğası vardır. Filin xortumu hər yerə yönələ biləcək qədər böyük hərəkət sərbəstliyinə malikdir. Halbuki, robot qol sahib olduğu 16 əlaqə sayəsində yalnız 32 növ hərəkət edə bilir. 

Bütün bunlar onu göstərir ki, filin xortumu hər xüsusiyyətiylə Allahın yaratma sənətindəki qüsursuzluğu nümayiş etdirən xüsusi bir quruluşdur. 


<< Geri