Bİomİmetİk Texnologİya

TƏBİƏTİ TƏQLİD EDİR

Texnalogiyadan üstün orqanlar



Amerikadakı Milli SANDIA laboratoriyası 12 iyul 2001-ci il tarixində nəşr xəbər bülletenində, aparılan işlər nəticəsində "göz itiliyinə və dəqiqliyinə yaxınlaşdıqlarını" açıqladı.

Verilən xəbərdə "64 kompüterdən istifadə edərək rəqamsal bir görünüş əldə edildiyi və kompüterlərin bu görünüşə çatmasının isə yalnız bir neçə saniyə sürdüyü" bildirildi. Bu əlbəttə ki, çox əhəmiyyətli bir hadisədir, ancaq burada bir şeyi unutmaq olmaz:

İnsan gözü retinadakı görünüşü saniyənin onda biri qədərlik qısa bir müddətdə meydana gətirər və bu görünüş yalnız 1 kvadrat millimetr genişliyində bir sahəni örtər. Bu xüsusiyyətləri düşünüldüyündə insan gözünün son texnologiyaya sahib 64 kompüterdən çox daha sürətli və rahat bir mexanizm olduğu açıqca görülməkdədir.




Texnologiya insan ürəyindəki dizayna çata bilmir


Orta hesabla 70-80 il kimi uzun bir müddət yaşayan bir adamın ürəyi dəqiqədə 70-80 dəfədən bütün ömrü boyunca təxminən bir neçə milyard dəfə döyünür. Süni ürək üzərində araşdırmalarıyla tanınan "Abiomed" adlı şirkət bütün araşdırmalarına baxmayaraq ürəyin illərcə müvəffəqiyyətlə göstərdiyi kəsilməz funksiyasını təqlid edə bilməyəcəklərini ifadə etmişdir. Şirkətin yeni inkişaf etdirdiyi süni ürəyin 5 ildə təxminən 175 milyon dəfə döyünməsi isə çox yaxşı bir hədəfdir.

Son texnologiya məhsulu bu süni ürək insanlardan əvvəl inəklərdə sınanmış, ancaq inəklər yalnız bir neçə ay yaşaya biliblər. Bir neçə kiçik dəyişikliklə birlikdə yeni ürəyin növbəti il insanlar üzərində də təcrübədən keçirilməsi planlaşdırılır. Duke Universitetində bir biyomühəndis olan və bu mövzuda yazılmış kitabı olan Steven Vogel tədqiqatçıların nə üçün insan ürəyini təqlid etməkdə bu qədər çətinlik çəkdiklərini belə açıqlamışdır:

Bizim sahib olduğumuz mühərriklərin gücləri və fəaliyyətləri nə olursa olsun, çox fərqli çalışırlar. Halbuki, ürək əzələsi bizim texnologiya sahəmizdə heç bir şeyə bənzəməyən yumşaq, yaş, sıxıla bilən bir maşın kimidir. Məhz ürəyi buna görə təqlid edə bilməzsən.

Abiomed şirkətinin süni ürəyi də həqiqi bir ürək kimi 2 mədəcikdən meydana gəlir. İki ürək arasındakı bənzərlik yalnız budur. Tədqiqatı idarə edən Pensilvania Universitetindən biyomühəndis Alan Snider bu fərqi "Həqiqi bir ürəkdə əzələ bir qab kimi vəzifə yerinə yetiri və özü sıxılır" ifadə edir . Ürəklə eyni prinsipdə işləyən nasoslarda bir qab və bu qabın içindəki axıcılığı nasoslayan sistem mövcuddur. Ürəkdə isə qabın özü nasos əməliyyatını yerinə yetirir. Alan Sniderin bir cümlə ilə xülasə etdiyi fərq budur.

Öz-özünə sıxılan bir qabı necə icad edəcəklərini bilməyən tədqiqatçılar iki mədəciyin arasına yerləşdirdikləri bir mühərrik sayəsində hər iki qabın daxili divarlarını itələyərək hərəkət etdirmişlər. Süni ürək qarın içinə yerləşdirilən bir batareya ilə işləyir, bu batareya isə xəstənin üzərində daşıdığı doldurula bilən daha böyük bir batareya paketindən yayılan radio dalğaları ilə davamlı doldurulmaq məcburiyyətindədir.

Həqiqi bir ürəyin isə enerji üçün bir batareyaya ehtiyacı yoxdur, çünki ürəyimiz öz enerjisini hər hüceyrəsində özü çıxara bilən unikal bir əzələ dizaynına malikdir. Həmçinin ürəyin təqlid edilə bilməyən xüsusiyyətlərindən biri də bənzəri olmayan dinamik bir döyünmə həcminə sahib olmasıdır. Necə ki, istirahət halında dəqiqədə 5 litr qanı nasosla vuran bir ürək, məşq əsnasında bunu dəqiqədə 25-30 litrə qədər artıra bilər. Abiomed şirkətinin idarəçisi olan Kung, bu fövqəladə temp dəyişikliyini "Bu hələ heç bir mexaniki cihazın çata bilməyəcəyi bir şey" deyərək ifadə edir. Şirkətin istehsal etdiyi süni ürək isə dəqiqədə ən çox 10 litr qan nasoslaya bilir ki, bu da bir çox fəaliyyət baxımından yetərli deyil.

Amma əsas edilə bilməyən, ürəyin özünə nasosladığı qan ilə bəslənməsi və ehtiyaca görə güclənməsidir. Beləcə bir ürək heç qayğı görmədən 50-60 il işləyə bilər. Ürək öz özünü yeniləyəbilmə xüsusiyyətinə malikdir. Bu səbəblə kəsilməz iş performansını heç bir zaman itirməz. Bu da onu təqlid edilə bilməz edən ən böyük xüsusiyyətlərindən bir başqasıdır.

Elm adamlarının dövrümüzdəki texnologiyası ilə çata bilmədikləri, yalnız çatmağı xəyal edə bildikləri xüsusiyyətlərə sahib olan ürəyimiz, unikal dizaynıyla Yaradıcımızın, Uca Rəbbimiz olan Allahın üstün elmini bizlərə tanıdır.




Kompüterlərdəki virus təhlükəsinə qarşı immunitet sistemimizdən gələn həll yolu


Virtual aləmdə əgər bir kompüterə virus düşərsə, dünyadakı digər kompüterlərə də təsir edəcəyi mənasına gəlir. Buna görə bir çox firma, kompüter şəbəkə sistemlərini viruslardan qorumaq üçün "immunitet sistemi" meydana gətirməyin vacibliyini hiss etmiş və bu sahədə çox sayda araşdırma aparmağa başlamışlar. Bu işləri davam etdirən mərkəzlərdən biri də Nyu-Yorkda olan, IBM-in Vatson Araşdırma Mərkəzindəki virus izolyasiya laboratoriyasıdır. Bura öldürücü viruslarla çalışan yüksək təhlükəsiz bir mikrobiologiya laboratoriyasıdır. Həmçinin burada indiyə qədər təyin edilmiş 12.000 kompüter virusunu diaqnoz edə biləcək, eyni zamanda virusu etibarlı bir şəkildə kompüterlərdən təcrid və yox edə biləcək proqramlar çıxarılır.

Bir az əvvəl bəhs etdiyimiz kiber aləmdəki viruslara qarşı mövcud kompüter sistemlərini qoruyan dünya səviyyəsində bir immunitet sistemi qurmağa çalışan firmalardan biri də məşhur bir marka olan IBM firmasıdır. Firma səlahiyyətlilərindən biri olan Stiv Vuayt bu mövzuda həll tapa bilmək üçün insan bədənindəki kimi bir immunitet sisteminin qurulması lazım olduğunu belə ifadə edir:

İnsan irqinin varlığını davam etdirə bilməsinin tək səbəbi, sahib olduğu immunitet sistemidir. Kiber aləmin davamı üçün də bir immunitet sisteminə sahib olması şərtdir.

Tədqiqatçılar kompüter şəbəkələri ilə canlılar arasında qurduqları bu əlaqə sayəsində, kompüterləri eynilə müdafiə sistemimizin işləməsi kimi qoruyan proqramlar çıxarmağa başlamışlar. Onlara görə epidomoloji (epidemiya xəstəliklərlə maraqlanan elm sahəsi) və immunoloji (immunitet sistemi ilə maraqlanan elm sahəsi) öyrəndiklərimiz, canlı orqanizmləri qoruduğu kimi elektron orqanizmləri də yeni təhlükələrdən qoruya biləcək.

Kompüter virusları kompüterlərə sızıb özlərini köçürdərək çoxaldacaq və girdiyi kompüterdə nasazlıq meydana gətirəcək şəkildə dizayn edilmiş hiyləgər proqramlardır. Bu virusların əlamətləri, eynilə insanlarda görünən müxtəlif xəstəliklər kimi, kompüter sisteminin yavaşlaması, bəzən də qeyri-adi şəkildə fayllara ziyan verməsidir.

Virus təhdidinə qarşı kompüterinizi qorumaq vəd edən proqramlar kompüterinizin yaddaşı tərəfindən daha əvvəl təyin olunmuş virusların izlərini tapmaq üçün kompüterin bütün yaddaşının hər kodunu araşdıran diaqnoz proqramlarıdır. Kompüter virusları proqramçısının imzası xüsusiyyətini daşıyan və tanınmasına imkan verən izlər saxlayarlar. Kompüterdəki virus axtarma proqramı bu imzanı tapdığında, kompüterə virusun bulaşdığına dair bir xəbərdarlıq verir.

Yenə də anti-virus proqramlarının kompüterlər üçün tam bir qoruma təmin etdiyi deyilə bilməz. Çünki bəzi insanlar bir neçə gün içində yeni viruslar hazırlayıb kompüter mühitlərinə yerləşdirə bilir. Bu vəziyyətdə anti-virus proqramlarının davamlı olaraq yenilənməsi, yeni virus izlərini tanımalarını təmin edəcək məlumatların verilməsi lazımdır. Buna görə sistemlər davamlı yenilənməli və yeni viruslara qarşı yeni anti-virus proqramlarının əlavə olunması lazımdır.

Həmçinin, dünya səviyyəsində internet istifadəsinin yayılması ilə birlikdə bu viruslar da çox böyük bir sürətlə yayılmağa və kompüterlərə ciddi ziyanlar verməyə başlamışdır. IBM firması tədqiqatçıları da həlli təbiətdəki nümunələrin təqlid edilməsində tapmışlar. Hər şeydən əvvəl kompüter viruslarının da süni bir həyatı vardır və eynilə təbiətdəki bioloji viruslar kimi, olduqları sistemi özlərini çoxaltmaq üçün istifadə edirlər. Tədqiqatçılar bu bənzərlikdən yola çıxaraq insanın immunitet sisteminin insan bədənini necə qoruduğunu araşdırmışlar:

Bədən xarici bir organizmlə qarşılaşdığında dərhal zəbtediciyi tanıyıb təsirsiz hala gətirəcək bir anti-cisim meydana gətirməyə başlayır. İmmunitet sistemi xəstəliyə yol açacaq hüceyrənin hamısını analiz etmək vəziyyətində də deyil. İlk infeksiya zərərsizləşdiridiyində, bədən qarşıdakı infeksiyadan daha sürətli cavab verə bilmək üçün bu anti-cisimlərdən bir qismini hazır tutur. Məhz bu hazır tutulan anti-cisimlər sayəsində hüceyrənin hamısının araşdırılmasına ehtiyac qalmaz. Necə ki, mövcud anti-virus proqramları da bütün virusu deyil, virusun imzasını tanıyacaq bir anti-cisim ehtiva edirlər.

Göründüyü kimi insanları texnologiya sahəsində çarəsiz buraxan mövzuların həlləri belə təbiətdə mövcuddur. Hər detalın düşünüldüyü qüsursuz bir prosesə sahib müdafiə sistemimiz, hələ biz doğulmadan, bizi qorumaqla hazır saxlanılmışdır. Rəbbimiz hər şeyi qoruyan və hifz edəndir. Bir ayədə belə buyurulur:


..Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir. (Hud surəsi, 57)


Gözdən fotoşəkil aparatına: Görmənin texnologiyası



Onurğalı heyvanların gözləri işığın "göz bəbəyi" adı verilən dəlikdən içəri girdiyi yumru toplara bənzəyər. Göz bəbəyinin arxasında linza yerləşir. İşıq əvvəl bu linzanın daha sonra da göz yuvalarını dolduran mayenin içindən keçir və retinanın üzərinə düşür. Retinanın üzərində "konus hüceyrələr" və "çubuq hüceyrələr" olaraq adlandırılan təxminən yüz milyon hüceyrə vardır. Çubuqlar işıqlığı və qaranlığı ayırd edərkən konuslar rəngləri seçirlər. Bu hüceyrələr üzərlərinə düşən işığın təsiriylə yaranan şəkli elektrik siqnallarına çevirib optik sinir şəbəkəsi vasitəsilə beynə yollayır. Gözlər işıq sıxlığını göz bəbəyini əhatə etməklə iris vasitəsilə nizamlayar. Qüzehli qişa isə, özündə olan kiçik əzələlər sayəsində böyüyüb kiçilə bilər. Bu fotoşəkil maşınlarına bənzər bir mexanizmdir. Maşına girən işıq miqdarı "diafram" adı verilən mexaniki bir qüzehli qişa vasitəsilə tənzim edilir. Phil Gates Wild Technology adlı kitabında fotoşəkil maşınlarının gözü təqlid edən sadə bir model olduğunu belə açıqlayır:

Fotoaparatları onurğalı gözlərinin primitiv və mexaniki bir versiyasıdır. Bu maşınlar əslində eynilə göz kimi, önlərindəki açıqlıq xaricində işıq keçirməyən qutulardır. Görüntünü retina yerinə bir lent üzərinə əks etdirirlər. Gözlərdə görüntüyə fokuslanma linzanın şəkli dəyişdirilərək olur. Fotoparatlarda isə bu əməliyyat linzadan lentə olan məsafə dəyişdirilərək həyata keçirilir.



Dəqiqliyin nizamlanması


Fotoşəkil çəkilərkən ilk əməliyyat olaraq yerinə yetirilən dəqiqlik nizamıdır. Görmə əməliyyatında da ətrafımızdakı görüntülərin həssas təbəqə üzərinə dəqiq olaraq düşməsi üçün eyni əməliyyatın edilməsi lazımdır. Fotoaparatlarda bu əməliyyat əllə, inkişaf etmiş kameralarda isə avtomatik olaraq həyata keçirilir. Daha xüsusi məqsədlərlə istifadə mikroskop və teleskopda da dəqiqlik parametrləri edilir. Ancaq aparılan bu əməliyyat hər vəziyyətdə vaxt itkisinə səbəb olur.

Halbuki, insan gözü bu nizamı davamlı olaraq və çox qısa bir müddət ərzində öz-özünə edir. Üstəlik istifadə edilən üsul təqlid edilməyəcək qədər üstündür. Göz linzaları ətrafında olan əzələlər sayəsində görüntünü retina üzərinə salır. Quruluşu son dərəcə elastik olan və asan forma dəyişdirən bu lupa lazım olduğunda qabararaq, lazım olduğunda çəkilərək işığın düşdüyü nöqtəni sabit tutur.

Əgər gözdə bu nizam öz-özünə edilməsəydi, məsələn, insan baxdığı nöqtəyə bir düymə köməyi ilə fokuslama etmək məcburiyyətində qalsaydı görmək üçün dayanmadan xüsusi bir səy göstərməsi lazım olacaqdı. Görüntü dəqiqləşib-bulanıqlaşacaqdı. Bir obyektə baxıldığında görə bilmək zaman alacaq, bunun nəticəsində bütün hərəkətlərimiz yavaşlayacaqdı.

Ancaq Allah gözlərimizi qüsursuz olaraq yaratmışdır və buna görə bu çətinliklərin heç birini yaşamırıq. Heç kim qarşısında müəyyən məsafədə dayanan obyekti dəqiq olaraq görmək istədiyində, aradakı məsafəni linzanın fokusu nizamını və bunlarla əlaqədar bir çox optik hesablamaları etməklə məşğul olmaz. Obyekti dəqiq görə bilmək üçün yalnız ona baxmaq kifayətdir. Geri qalan bütün əməliyyatlar avtomatik olaraq göz və beyin tərəfindən həll edilir. Üstəlik bütün bu əməliyyatlar yalnız bir istək müddətində reallaşır.



İşıq uyğunlaşması


Bir fotoşəkil aparatıyla gündüz çəkilən fotoşəkil dəqiq olur. Ancaq eyni film və aparatla gecə ulduzlar çəkildiyində fotoşəkildə heç bir şey görünməz. Halbuki, göz qapaqlarımız saniyənin onda biri kimi qısa bir zamanda açılıb bağlanmalarına baxmayaraq gecələr ulduzları çox dəqiq bir şəkildə görə bilirik. Çünki gözlərimiz çox müxtəlif işıqlanma şərtlərinə və dəyişik işıq şiddətlərinə görə özünü hər an avtomatik olaraq nizamlaya bilər. Bunu təmin edən, göz bəbəyinin ətrafındakı əzələlərdir. Əgər mühit qaranlıq olsa bu əzələlər açılır, göz bəbəyi genişlənir və gözə daha çox işığın girməsi təmin edilir. Əgər mühit işıqlıq olsa bu səfər əzələlər bağlanar, göz bəbəkləri kiçilir və içəri girən işığın miqdarı azaldılır. Bunun sayəsində həm gecə, həm gündüz görünüş dəqiq olur.




Rəngli dünyaya açılan pəncərə


Göz görüntünün eyni anda həm ağ-qara, həm də rəngli fotoşəkilini çəkir. Daha sonra bu fotoşəkillər beyində sintez edilərək normal görünüş halını alır.

Retina təbəqəsində olan çubuq hüceyrələrinin vəzifəsi baxılan obyektin formasını ağ-qara olaraq təfərrüatlı bir şəkildə dərk etməkdir. Konus hüceyrələri isə obyektin rənglərini təsbit edirlər. Nəticədə, hər iki hüceyrədən alınan siqnalların qiymətləndirilməsi ilə, xarici dünyanın görünüşü formalaşır və rəngli bir halda beynimizdə yaranır.




Gözdəki üstün texnologiya


Fotoaparat gözə görə son dərəcə primitiv bir quruluşa malikdir. Hətta gözün görüntü çatdırma texnikası ən inkişaf etmiş kameralardan belə qat-qat üstündür. Nəticə olaraq da gözün çatdırdığı görünüş insanoğlu tərəfindən düzəldilmiş hər hansı bir alətin çatdıra bildiyi görünüşdən daha keyfiyyətlidir.

Bir TV kamerasının iş prinsipləri araşdırılsa sözü gedən həqiqət daha aydın olar. Bu kameranın iş prinsipi görüntülərin deyil, bir görüntünü yenidən meydana gətirəcək işıqlı nöqtə seriallarının çatdırılmasına əsaslanır. Buna görə kamera qarşısındakı obyekt sətir deyilən müəyyən sayda kəmərə bölünür və nəşr əsnasında bir "scan" əməliyyatına müraciət edilir. Bir fotosel lampa belə bir sətirin bütün nöqtələrini soldan sağa bir-birinin ardınca darayır. Hamısının işıq vəziyyətini qiymətləndirir və sonda bunlara əsaslanaraq bəzi siqnallar verir. Bir sətiri başdan sona qədər nəzərdən keçirdikdən sonra, sonrakı sətirə keçir və nəzərdən keçirmə əməliyyatı beləcə davam edir. Bu fotosel iş ritmi bir görüntünün 625 ya da 819 sətirini 1/25 saniyədə nəzərdən keçirə biləcək şəkildə hesablanmışdır. Beləcə bütöv bir görünüşün tamamlanması bitincə yeni bir görünüş çatdırılır. Bu şəkildə ötürülən bildirişlərin sayı çoxdur və siqnallar ağlasığmaz bir templə çıxarılır.

Gözün bütün bu izah etdiklərimizdən daha üstün bir işləmə mexanizminə sahib olduğu, bundan əlavə heç bir baxım və hissə dəyişməsinə ehtiyac duymadığı düşünülsə quruluşunun nə qədər heyranedici və mükəmməl olduğu daha dəqiq bir şəkildə aydın olar.

Tibb texnologiyası inkişaf etdikcə də insan gözünün nə qədər böyük bir möcüzə olduğu daha yaxşı aydın olur. Göz haqqında əldə edilən məlumatların texnologiyaya uyğunlaşdırılmasıyla da hər keçən gün daha inkişaf etmiş kameralar, fotoaparatlar və saysız optik sistem çıxarılır. Ancaq texnologiya nə qədər inkişaf etsə də düzəldilən elektron alətlər gözün primitiv bir təqlidi olmaqdan kənara çıxa bilməmişdir. Kompüter dəstəkli kameralar da daxil olmaqla heç bir insan kəşfi gözə rəqib olmaz. 

Yaxşı gözdəki bu kompleks quruluş necə ortaya çıxmışdır?

Şübhəsiz ki, bu quruluşun təsadüflər nəticəsində və ya uzun zaman içində öz-özünə meydana gəlməsi mümkün deyil. Göz bir parçası əskik olsa funksiyasını yerinə yetirə bilməyəcək bir quruluşa malikdir. Heç bir dizayn təsadüfən meydana gələ bilməz, gözdə isə çox açıq və unikal bir dizayn vardır və əlbəttə o da təsadüfən yaranmış deyil. Canlı -cansız bütün varlıqlar kimi gözümüzü də yaradan Uca Allahdır. Bu cür kompleks "orqanik maşın "nın bizlərə verilməsi Allaha şükr etməmiz üçün bir vəsilədir. Qurani-Kərimin bir ayəsində Allah belə buyurur:

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)



Elm adamları gözü təqlid etməyə çalışırlar


Gözün həyata keçirdiyi əməliyyatlara heyranlıq duyan və gözün üstün dizaynını texnologiya sahəsində təqlid etmək istəyən elm adamları son zamanlarda bu məsələ ətrafında araşdırmalar aparırlar. Bunun sayəsində təbiətdə olan canlıları və qüsursuz mexanizmləri də daha yaxından araşdırma imkanı tapmışlar. Biomimetika sahəsində görülən bu işlər texnologiya sahəsindəki inkişaflara böyük təkan verir.

Kompüter dövrələrinin dizaynı təbiətdəki nümunələrdən təqlid edilir

Gözümüzün sinir hüceyrələri olan "retina hüceyrələri" gələn işığı tanıyıb şərh edir. Retina hüceyrələri daha sonra qiymətləndirilən bu məlumatları əlaqədə olduqları digər hüceyrələrə göndərir. Dövrümüzdəki bütün bu əməliyyatlar yeni kompüterlərin modelidir:

Retina hüceyrələrinin gördüyü iş yalnız işığı qəbul etməklə məhdudlaşmır. Retina bir-biri ilə fövqəladə bir sıxlıqda əlaqə qurmuş sinir hüceyrələrindən meydana gəlir. İşığa aid siqnallar beynə çatdırılmadan əvvəl saysız əməliyyatdan keçirilir. Məsələn, retinanı meydana gətirən hüceyrələr cisimlərin haşiyələrini hesablayır, işıq siqnalının gücünü artırır, işıqlı ya da qaranlığa görə uyğunlaşma təmin edərək düzəlişlər edir. Dövrümüzdəki güclü kompüterlər də oxşar əməliyyatları yerinə yetirir. Ancaq retinadakı sinir şəbəkəsi bu iş üçün, kompüterlərə nisbətən daha az bir enerjidən istifadə edir.

Kaliforniya Texnologiya İnstitutundan Carver Mead başçılığında bir tədqiqat qrupu retinada asan həyata keçirilən əməliyyatlara imkan verən dizaynın sirrini araşdırır. Karver Mid Kalteç firmasından bioloq Mişa Mahovald ilə birlikdə retinadakı sinir şəbəkəsinə bənzər quruluşda elektronik dövrələr hazırlamışdır. Hazırlanan bu dövrələrdə gözdəki kimi işıq qəbul ediciləri var. Qəbuledicilər eynilə retinada olduğu kimi bir başqa qəbuledici ilə əlaqəlidir. İstifadə edilən müqavimət, amfi kimi elektron sxemlərin hissəciklərinin işıq qəbuledicilərinin, retina hüceyrələri kimi öz aralarında xəbərləşmələrinə imkan yaradır.

Ancaq bütün səylərə baxmayaraq, bu dövrəni retina şəbəkəsində olduğu kimi birə-bir olaraq təqlid edə bilmək mümkün olmamışdır. Çünki canlı bir retinadakı hüceyrələrin və bunların arasındakı əlaqələrin sayı həddindən artıq çoxdur. Bunun yerinə dizayn mühəndisləri bu anlıq üçün, retinadakı sinir şəbəkəsinin ön əməliyyatlarını necə etdiklərini anlamağa çalışıb, eyni işi edə bilən daha sadə dövrələr hazırlayırlar.



Milçəyin qulağındakı dizayn eşitmə vasitələrində inqilab edəcək


California Universiteti Beyin Tədqiqat İnstitutunun fiziologiya hissəsindəki tədqiqatçılar daha həssas eşitmə cihazları istehsal edə bilmək üçün təbiətdəki eşitmə sistemlərini araşdırmağa başlamışlar. Aparılan elmi tədqiqatlar nəticəsində Ormia ochracea adlı milçək növünün qulağının, sahib olduğu fövqəladə dizaynı ilə eşitmə aləti dizaynında bir inqilab edəcəyi aydın olmuşdur. Bu milçəyin qulağı səsin gəldiyi istiqaməti mükəmməl bir şəkildə təsbit edəcək şəkildə nəzərdə tutulmuşdur. Neyrobioloqları Ron Hoy bu vəziyyəti belə izah edir:

Bu günə qədər səsin gəldiyi istiqaməti təyin etməkdə insan qulağının ən yaxşı olduğunu zənn edirdi. Bir-birindən 15 sm uzaqlıqda olan iki qulağımız sayəsində, səs qaynağının yeri haqqında kifayət qədər ipucu əldə edə bilərlər. Halbuki, Ormia milçəyi qulaqlarının arasında yarım millimetrlik bir məsafə olmasına baxmayaraq səsin qaynağını bütün canlılardan daha yaxşı təsbit edə bilir.

Ormia milçəyinin səsin gəldiyi yeri səhvsiz olaraq tapa bilməsi soyunun davamı üçün şərtdir, çünki sürfələrinə qida qaynağı ola biləcək bir cır-cır böcəyi tapmaq məcburiyyətindədir. Ormia yumurtalarını tapdığı bu cır-cır böcəyinin üzərinə buraxaraq çıxacaq parazit sürfələrinin onunla bəslənmələrini təmin edir.

Ormia milçəyinin cır-cır böcəyinin yerini tapması üçün dizaynlanmış həssas qulaqları vardır. Mahnı oxuyan cır-cır böcəyinin yerini o qədər milimetrik təyin edir ki, böyük bir meşənin içində hədəfini yalnız 2 dərəcəlik bir yanlış payı ilə tutur.

İnsan beyni də səsin yerini müəyyən etmək üçün Ormia ilə eyni üsuldan istifadə edir. Bunun üçün səsin əvvəl yaxınlıqdakı qulağa, daha sonra uzaqda qalan qulağa çatması kifayətdir. Səs dalğası qulaq pərdəsinə toqquşduqda bu təsir elektrik siqnalına çevrilərək dərhal beyinə çatdırılır. Səsin iki ayrı qulağa keçən milli saniyə fərqlə çatdığını hesablayan beyin beləcə səsin gəldiyi istiqaməti dərhal təyin edir. İnsanda bu hesablama 10 mili saniyədə yekunlaşır. Halbuki, bu milçək növü eyni hesabı iynə ucu böyüklüyündəki beyniylə insandan min qat daha sürətli bir şəkildə reallaşdırır.

Bu milçəyin kiçik olmasına baxmayaraq olduqca funksional olan qulaq dizaynı "ORMİAFON" adı altında, eşitmə və dinləmə cihazlarının istehsalında təqlid edilməyə çalışılır. Göründüyü kimi, kiçik bir milçək belə təkamül nəzəriyyəsinin “təsadüfən meydana gəlmək” kimi boş sözünü kökündən çürüdən çox üstün bir quruluşa və dizayna malikdir. Yenə eyni kiçik ağcaqanad hər parçası və xüsusiyyətiylə onu yaradan sonsuz elm və qüdrət sahibi Yaradıcımızın üstün yaratma sənətini sərgiləyir. Belə kiçik bir milçəyin öz-özünə deyil, təkamül kimi xəyali bir müddətlə meydana gəlməsi, ağıl və zəka sahibi insanların hamısının bir yerə gəlməsi, ən son texnologiyaları və imkanları səfərbər etmələri ilə belə meydana gətirilməsi mümkün deyil.

Kiçik bir milçək belə Allahın üstün yaratmasının açıq-aşkar dəlillərindəndir. 


<< Geri